Ceyhun Bayramov: "Xocalı soyqırımı Ermənistanın təcavüzü zamanı törədilmiş ən ağır cinayətlərdən biridir"

2025/12/1766753732.jpg
Oxunub: 421     00:34     26 Fevral 2026    
Xocalı soyqırımı kimi dəhşətli cinayətlərin təkrarlanmaması üçün ədalətin təmin olunması hələ də əsas vəzifə olaraq qalır.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "X" sosial şəbəkəsində etdiyi paylaşımda bildirib.

Nazir qeyd edib ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ən ağır cinayətlərdən biridir.

"Bu kədərli gündə Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsini dərin hüznlə yad edirik", - XİN başçısı bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ceyhun-Bayramov   Xocalı  


Bizi "telegram"da izləyin