Paşinyanın ünvanına təhqir səsləndirdiyinə görə erməni bloger saxlanılıb

2026/02/1772046380.jpg
Oxunub: 655     23:04     25 Fevral 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın ünvanına təhqir səsləndirdiyinə görə erməni bloger, “TikTok” platformasında tanınan Hayk Yeğyan saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Roman Yeritsyan bildirib.

“Cinayət Məcəlləsinin 297-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndi ilə iş başlanıb. Söhbət “TikTok” platformasında tanınan ictimai fiqur Hayk Yeğyanın Nikol Paşinyanın ünvanına səsləndirdiyi təhqirdən gedir.

Vətəndaş artıq iki gündür saxlanılan şəxslərin müvəqqəti saxlanma yerindədir. Sabah isə orta ağırlıqlı ehtimal edilən əmələ görə İstintaq Komitəsinin hansı mövqe nümayiş etdirəcəyi, vətəndaşın həbs olunması məqsədilə məhkəməyə təqdim edilib-edilməyəcəyi və məhkəmənin hansı yanaşmanı sərgiləyəcəyi məlum olacaq”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yeritsyan   Yeğyan   Ermənistan  


Bizi "telegram"da izləyin