Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Yayım Şirkəti məlumat yayıb.
Kobaxidzeyə britaniyalıların tətbiq etdiyi sanksiyalar fonunda adıçəkilən iki media qurumu ilə əməkdaşlığın necə davam etdiriləcəyi barədə sual ünvanlanıb.
Baş nazir qeyd edib ki, həm dövlət, həm də özəl şirkətlər həmin iki televiziya şirkəti ilə əməkdaşlığı davam etdirməlidirlər.
“Nə “İmedi”, nə də “Postivi” media qurumlarının azadlıqla bağlı fundamental hüququ Gürcüstanda pozulmayacaq. Bütün dövlət və qeyri-dövlət şirkətləri, əlbəttə, hər iki televiziya şirkəti ilə əməkdaşlığı davam etdirməlidir. Bir tərəfdən media azadlığının fundamental hüququnun, digər tərəfdən isə sahibkarlıq azadlığının fundamental hüququnun qorunması üçün hər şey ediləcək”, - deyə Gürcüstanın Baş naziri bildirib.
2026-cı il fevralın 24-də, Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatların 4-cü ildönümündə Böyük Britaniya anti-Rusiya sanksiyaları siyahısına 240 şirkət, 50 gəmi və 7 fiziki şəxsi əlavə edib. Sanksiyaya məruz qalan şirkətlər arasında rus dezinformasiyasının yayılmasında roluna görə gürcü “İmedi” və “Postivi” televiziya kanalları da yer alıb.
Alpər Mövludoğlu
Ordu.az