Rusiyalı ekspert: “Nikol Paşinyan Ermənistanın dəmir yolunu Türkiyəyə və ya Azərbaycana verə bilər”

2024/09/1725695360.jpg
Oxunub: 458     21:50     25 Fevral 2026    
“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yolunu Türkiyəyə və ya Azərbaycana verə bilər”.

Ordu.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Andrey Areşev bu gün Moskva-İrəvan videokonfransı zamanı bildirib.

“Məndə belə bir hiss yaranır ki, Nikol Paşinyan Çin, Qazaxıstan və Omanı xatırladanda, əslində bu tip proseslərin daha iki iştirakçısını, Türkiyə və Azərbaycanı nəzərdə tutur. Axı hamımız çox yaxşı başa düşürük ki, söhbət Arazdəyən bölgəsində Ermənistan-Naxçıvan sərhədinin və Şirak vilayətində Ermənistan-Türkiyə sərhədinin blokadadan çıxarılmasından gedir. Yeri gəlmişkən, Rusiya Federasiyası buna heç vaxt etiraz etməyib”, - deyə Areşev bildirib.

Ekspert Ermənistan ərazisindən keçən “Tramp yolu”nu (Zəngəzur dəhlizi-red.) ümumi şəkildə qiymətləndirərək qeyd edib ki, bu marşrut Çin, İran və digər ölkələrlə bağlı məsələlər fonunda ABŞ ilə qarşıdurma meydanına çevrilə bilər.

Politoloq xatırladıb ki, TRIPP adlandırılan layihə Türkiyəni Cənubi Qafqaz vasitəsilə Mərkəzi Asiya ilə birləşdirmək məqsədilə yaradılmış Orta Dəhlizin bir hissəsidir.

“Amerikalılar isə getdikcə daha tez-tez bildirirlər ki, bu yol nadir torpaq metallarının ixracı və tranziti üçün istifadə oluna bilər”, - deyə Areşev vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Areşev   Ermənistan  


Bizi "telegram"da izləyin