Paşinyanın Polşaya səfərinin ilk dayanacağı Varşava Kral Qalası-Muzeyi olub

2026/02/1772036502.jpg
Oxunub: 399     20:20     25 Fevral 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın Polşaya rəsmi səfəri başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, Paşinyanın ilk dayanacağı Varşava Kral Qalası-Muzeyi olub.

“Nikol Paşinyan qala-muzeyin direktoru Malqojata Ominalovskanın müşayiəti ilə ekspozisiya zallarını gəzib. Burada kral otaqları, Polşa krallarının şəxsi əşyalar kolleksiyaları, tablolar və digər Avropa incəsənət nümunələri təqdim olunub.

Zallardan birində “Tereza Sahakyan” fondunun nadir erməni xalçalarından ibarət sərgisi də nümayiş etdirilib və sərgi qarşıdakı iki ay ərzində açıq olacaq.

Paşinyan Kral Qalası-Muzeyinin fəxri qonaqlar kitabına qeyd yazıb”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Polşa  


Bizi "telegram"da izləyin