Ermənistan parlamentinin nümayəndə heyəti Brüsselə səfər edib

2026/02/1772036378.jpg
Oxunub: 372     20:17     25 Fevral 2026    
Ermənistan parlamentinin nümayəndə heyəti fevralın 24-25-də təcrübə mübadiləsi çərçivəsində Brüsseldə (Belçika Krallığı) səfərdə olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

Məlumata görə, səfər Avropa Parlamentinin “Demokratiyaya Dəstək və Seçkilərin Əlaqələndirilməsi Qrupu” proqramı çərçivəsində təşkil olunub.

Qeyd edilir ki, məqsəd parlamentlərarası dialoqu və fraksiyalar arasında qarşılıqlı fəaliyyəti təşviq etmək, həmçinin Ermənistan parlamentinin nümayəndələrini Avropa Parlamentinin fəaliyyəti, prosedurları və demokratiyaya dəstək alətləri ilə tanış etmək olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Belçika  


Bizi "telegram"da izləyin