II Qareginin qardaşı və qardaşı oğlu ilə bağlı məhkəmə iclası təxirə salınıb

2026/01/1769788028.jpg
Oxunub: 367     19:43     25 Fevral 2026    
Ermənistanın Armavir vilayətinin ümumi yurisdiksiya cinayət məhkəməsində bu gün bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu Gevorq və Hambardzum Nersisyanların işi üzrə məhkəmə iclası davam etdirilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, məhkəmə iclası zamanı işin əsasını təşkil edən videogörüntülər təqdim olunub.

İclas zamanı Gevorq və Hambardzum Nersisyanların müdafiəçisi, erməni vəkil Emin Xaçatryan bildirib ki, Gevorq Nersisyanın tibbi sənədləri məhkəməyə təqdim edilib və əlavə müayinəyə ehtiyac var.

Bundan əlavə, erməni vəkil qeyd edib ki, Gevorq Nersisyan dekabr ayında saxlanıldığı müəssisədə olub, pensiya ilə bağlı məsələləri tənzimləmək üçün müraciət edə bilməyib və nəticədə pensiyanın verilməsi dayandırılıb.

Xaçatryan şifahi vəsatət qaldıraraq Gevorq Nersisyana sosial xidmət orqanına müraciət edib pensiya ilə bağlı məsələləri həll etməsinə imkan yaradılmasını xahiş edib. Hakim növbəti məhkəmə iclasına vəsatətin yazılı formada təqdim olunmasını tələb edib.

Erməni vəkil müdafiə etdiyi şəxslərin dindirilməsinə hazırlaşmaq üçün məhkəmədən əlavə vaxt istəyib. İş vaxtının başa çatmasına az qaldığını nəzərə alan məhkəmə iclasın təxirə salınmasına razılıq verib. Növbəti məhkəmə iclası martın 23-nə saat 16:00-a təyin edilib.

Xatırladaq ki, II Qareginin qardaşı Gevorq Nersisyan və onun oğlu Hambardzum Nersisyan Vağarşapatda “Respublika” Partiyasının namizədi Harutyun Mkrtçyanın onların seçkiqabağı təşviqatın qarşısını almağa cəhd etdikləri barədə bəyanatı əsasında saxlanılmışdılar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Məhkəmə  


Bizi "telegram"da izləyin