Ermənistanın xarici işlər nazirinin Cenevrəyə səfəri başa çatıb

2026/01/1769412740.jpg
Oxunub: 368     19:18     25 Fevral 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Cenevrəyə səfəri başa çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat yayıb.

Badalyan qeyd edib ki Mirzoyan Cenevrədə BMT İnsan Hüquqları Şurasının və Tərksilah Konfransının yüksək səviyyəli iclaslarında iştirak edib.

Badalyan bildirib ki, Mirzoyan Varşavaya yola düşüb. O, Ermənistanın Baş nazirinin nümayəndə heyətinin tərkibində rəsmi səfər çərçivəsində nəzərdə tutulan görüşlərdə iştirak edəcək.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan fevralın 25-də iki günlük rəsmi səfərlə Polşaya yola düşüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mirzoyan  


Bizi "telegram"da izləyin