Litva səfirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib - FOTO

2026/02/1772032093.jpg
Oxunub: 385     18:49     25 Fevral 2026    
Litvanın Azərbaycandakı səfirliyinin əməkdaşları Bakıda "Ana harayı" abidəsinin önünə gül dəstələri qoyaraq Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ediblər.

Ordu.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin feysbuk sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"Bu, dərin hüzn günüdür. Biz Azərbaycanda bu cür kəskin hiss olunan itki ağrısını bölüşürük", - məlumatda qeyd olunub.

Səfirlikdən, həmçinin bildirilib ki, bu cür faciələrin bir daha təkrarlanmaması üçün tarixi yaddaşın qorunması zəruridir.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   Xocalı  


Bizi "telegram"da izləyin