Ermənistan prezidenti Yaponiya səfiri ilə görüşüb

2026/02/1772027838.jpg
Oxunub: 413     17:55     25 Fevral 2026    
Ermənistan prezidenti Vahaqn Xaçatryan Yaponiyanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Aoki Yutakanı qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı Ermənistan və Yaponiya arasında tərəfdaşlığın gələcək inkişaf istiqamətləri, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Qeyd edilib ki, siyasi, iqtisadi və yüksək texnologiyalar sahəsində əməkdaşlığın aktivləşdirilməsinə xüsusi diqqət yetirilib. Yaponiyanın göstərdiyi humanitar yardım da yüksək qiymətləndirilib, təbii fəlakətlərin qarşısının alınması və idarə olunması sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.

“Tərəflər kənd təsərrüfatı sahəsində birgə təşəbbüslərin həyata keçirilməsinin, həmçinin müxtəlif istiqamətlər üzrə ikitərəfli münasibətlərin dərinləşdirilməsinin və yeni proqramların təşviqinin əhəmiyyətini qeyd ediblər.

Hər iki tərəf yüksək səviyyəli siyasi dialoqun, qarşılıqlı səfərlərin və parlament diplomatiyasının inkişafının vacibliyini vurğulayıb. Bundan əlavə, tərəflər regional sülh və demokratik institutların möhkəmləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Prezident Xaçatryan regionda sülhün bərqərar olunması istiqamətində davamlı dəstəyə görə Yaponiya hökumətinə və hakimiyyət orqanlarına təşəkkürünü bildirib”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yaponiya  


Bizi "telegram"da izləyin