“Vətəndaş Müqaviləsi”nin üzvü Paşinyanla razılaşmaya bilər” - Papoyan

2026/02/1770633442.jpg
Oxunub: 421     17:46     25 Fevral 2026    
“Mən belə söhbətlər eşitməmişəm, amma ola bilər ki, kimsə və ya bir neçə nəfər gözlədiyindən az səs toplasın və başa düşülən və ya başa düşülməyən səbəblərlə müəyyən narazılıq yaransın. Yaxud da kimsə gözlədiyindən çox səs alsın və müsbət mənada təəccüblənsin”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentində jurnalistlərlə söhbətində iqtisadiyyat naziri Gevorq Papoyan KİV-də “Vətəndaş Müqaviləsi”ndə seçkilərlə bağlı daxili narazılıqlar və lobbiçiliklə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

“Fakt budur ki, biz qaydalar hazırlamışıq, təşviqat aparmamışıq, nümayəndələrimiz gəlib səs veriblər. Mənim səslərimin niyə çox və ya az olması ilə bağlı şərh verməyim düzgün deyil”, - deyə o qeyd edib.

“Vətəndaş Müqaviləsi”nin 38 nümayəndəsinin Paşinyanın lehinə səs verməməsinə toxunan Papoyan bildirib: “Bu, onu göstərir ki, Ermənistanda hakim siyasi qüvvədə “tam demokratiya” var. İyunun 7-də bir qisim üçün arzuolunan, bir qisim üçün isə arzuolunmayan nəticələr görəndə təəccüblənməyin. Çünki “Vətəndaş Müqaviləsi”ndə Ermənistanda indiyədək olmayan proseslər baş verir.

Siz indi buna təəccüblənirsiniz, amma təəccüblənməyə ehtiyac yoxdur. Çünki partiyamızın davamlılığı məhz ondadır ki, partiya üzvümüz ölkə rəhbəri ilə hansısa məsələdə razılaşmaya bilər, müzakirə apararıq, Baş nazir də müzakirə nəticəsində mövqeyini dəyişə bilər. Demokratiya məhz budur. Siz indi buna təəccüblənirsiniz, amma bu, bizim güclü tərəflərimizdən biridir və biz bundan imtina etməyi qətiyyən düşünmürük”.

Partiyanın təsisçi üzvü Hayk Sarkisyanın siyahıya daxil edilməməsinin demokratik addım olub-olmaması barədə suala Papoyan belə cavab verib: “Hər şey demokratikdir. Siz hələ də başa düşməmisiniz ki, partiyamız məhz belədir: düşüncə baxımından azad, açıq və dəyişikliklərə açıq.

Bəziləri Baş nazirin, məsələn, 2014-cü ildəki bir bəyanatını götürüb 2026-cı ildəki bəyanatı ilə yanaşı qoyur və görür ki, yanaşma bir qədər dəyişib. Əslində isə 12 il ərzində eyni mövqedə qalmaq dövlət və istənilən siyasətçi üçün faciə olardı. Çünki 12 il ərzində həyatda və dünyada çox şey dəyişib. İnsan bir kitab artıq oxusa, əvvəlkindən bir az fərqli düşünəcək. Əgər kimsə 12 il əvvəl necə düşünürdüsə, indi də eyni cür düşünürsə, bu, o insan barədə yaxşı fikir formalaşdırmır. Bu o deməkdir ki, biz dünyanın dəyişikliklərinə uyğunlaşmırıq”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papoyan   Ermənistan  


Bizi "telegram"da izləyin