Erməni nazir DİN-dəki dəyişikliklər barədə: “Görünür, müəyyən narahatlıqlar kadr dəyişikliklərinin aparılmasını zəruri edib”

2026/02/1770372797.jpg
Oxunub: 390     17:40     25 Fevral 2026    
“Bu, ehtimal edirəm ki, polis rəisi, daxili işlər naziri və ölkənin Baş naziri tərəfindən birgə qərar verilən məsələdir. Əgər həmin şəxslər vəzifədən azad olunublarsa, deməli, ölkənin ali rəhbərliyində müəyyən narazılıq olub və bu, normaldır”.

Ordu.az xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində iqtisadiyyat naziri Gevorq Papoyan DİN-in polis sistemində yüksək vəzifəli şəxslərin işdən azad edilməsinə münasibət bildirərkən deyib.

Son dövrlərdə baş verən qətllərin onları narahat edib-etmədiyi ilə bağlı suala Papoyan belə cavab verib: “Əgər bizi narahat etməsəydi, yəqin ki, sizin dediyiniz dəyişikliklər baş verməzdi. Görünür, müəyyən narahatlıqlar kadr dəyişikliklərinin aparılmasını zəruri edib. Burada məqsəd məsələlərə yeni baxış bucağından yanaşmaq və mövcud boşluqları aradan qaldırmaqdır”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papoyan  


Bizi "telegram"da izləyin