Jelko Komşiç XIII Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək

2026/02/1772025788.jpg
Oxunub: 343     17:06     25 Fevral 2026    
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelko Komşiç (Željko Komšić) Azərbaycana səfər edəcək.

Ordu.az xəbər verir ki, bunu "Report"un Balkan bürosuna açıqlamasında Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bildirib.

Diplomat qeyd edib ki, Jelko Komşiçin səfəri martın 11-də baş tutacaq.

Səfər çərçivəsində Rəyasət Heyətinin sədri 12-14 mart tarixlərində Bakıda keçiriləcək XIII Qlobal Bakı Forumunda iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bosniya   Herseqovina   Azərbaycan  


Bizi "telegram"da izləyin