Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində iqtisadiyyat naziri Gevorq Papoyan benzinin yenidən bahalaşmasının səbəbi ilə bağlı sualı cavablandırarkən bildirib.
“Buradan belə nəticə çıxır ki, Azərbaycan benzinini çox gətirməliyik ki, xalqımız üçün həmişə ucuz qiymətə çox benzin olsun. Nə qədər çox gətirilsə, qiymətlər bir o qədər aşağı düşəcək və bu, çox məntiqlidir. Həmin məhsul Ermənistana daxil olana qədər mən adi benzini 500-520 dram qiymətə görmüşəm. İndi benzin hətta 445 dramdırsa, amma əvvəl 500 dram idi, yenə də fərq 55 dramdır. 520 dram da olub, fərq 75 dram edir. Bağışlayın, hər litr üçün 75 dram, 10 litr üçün 750 dram edir. Hər 10 litrdə insan 750 dram qənaət edir, hətta daha çox, çünki böyük həcmdə gətiriləndə həmin günlərdə daha da ucuz olur. O vəsait həmin insanın cibində qalır. Həmin pul Ermənistanda qalır”, - deyə o qeyd edib.
“Bəs biz Azərbaycana nə ixrac edəcəyik?” sualına erməni nazir belə cavab verib: “Müzakirələr aparılır. Azərbaycan bizə ixrac edə biləcəyi çoxsaylı məhsulların siyahısını təqdim edib, biz də onlara təqdim etmişik. Amma hələlik, belə demək mümkünsə, ciddi rəqabət üstünlükləri yoxdur. Əlbəttə, müxtəlif mədəni-psixoloji məsələlər də var və s. Lakin bu, baş verəcək bir prosesdir, ticarət olacaq. Mən sadəcə əminəm ki, ikitərəfli ticarətdə yüz milyonlarla dollar həcmində potensial var, amma bu, zaman tələb edir”.
Papoyan bildirib ki, Azərbaycandan yanacaq idxalı işi artıq biznesə həvalə edilib, çünki proses artıq sistemli şəkildə qurulub: “Onlar pulu köçürəcəklər, biz benzini alacağıq və burada münasib qiymətə satacağıq”.
Alpər Mövludoğlu
Ordu.az