Ordu.az xəbər verir ki, Paşinyan səfərlə bağlı video da yayımlayıb.
Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, səfər çərçivəsində Paşinyan Polşanın baş naziri Donald Tusk ilə görüşəcək, bundan sonra Ermənistan və Polşanın Baş nazirləri KİV nümayəndələri üçün bəyanatlarla çıxış edəcəklər.
Rəsmi səfər çərçivəsində Paşinyan, həmçinin prezident Karol Navrotski və Senatın sədri Malqojata Kidava Blonska ilə də görüşəcək.
Paşinyan, həmçinin Polşa Beynəlxalq Münasibətlər İnstitutuna səfər edəcək və burada Polşanın analitik mərkəzlərinin nümayəndələri ilə görüş keçirəcək.
Alpər Mövludoğlu
Ordu.az