Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, saat 00:25 radələrində “Opel” markalı avtomobil İcevan-Göyçə-İrəvan avtomobil yolunun 98-ci kilometrliyində, Hrazdan inzibati ərazisində İrəvan istiqamətində hərəkətdə olarkən hərəkət zolağından çıxıb, ağaclara çırpılıb, bir neçə ağacı kökündən çıxarıb və aşaraq ağacların arasında qalıb.
Qeyd edilib ki, qəza nəticəsində avtomobildə olan, Ermənistanın Kotayk vilayətində qeydiyyatda olan 19 yaşlı Andranik Q. hadisə yerində ölüb. Tavus vilayətinin sakinləri, 19 yaşlı Sevak A. və 20 yaşlı Samvel X. isə sakinlərin və hadisə yerinə çatan “Sevan” tibb mərkəzinin təcili tibbi yardım həkimlərinin növbətçi briqadasının köməyi ilə “Sevan” tibb mərkəzinə çatdırılıblar.
Bildirilib ki, faktla bağlı istintaq idarəsində cinayət icraatı başlanıb və sürücünün şəxsiyyəti müəyyən edilir.
İstintaqçının göstərişi ilə avtomobil polis şöbəsinin Hrazdan bölməsinin mühafizə olunan xüsusi ərazisinə aparılıb.
Məlumata görə, ölən şəxs Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qulluq edirdi və “Vətənin müdafiəçisi” proqramının iştirakçılarından biri olub.
Alpər Mövludoğlu
Ordu.az