Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, bundan dərhal sonra polis əməkdaşları açıq-aşkar olaraq vəzifə səlahiyyətlərindən irəli gəlməyən və həmin səlahiyyətlərin hüdudlarından kənara çıxan hərəkətlər ediblər.
“Belə ki, onlar E.A.-ya qarşı zor tətbiq edərək əllə və ayaqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endiriblər və onun sağlamlığına həyat üçün təhlükəli ağır xəsarətlər yetiriblər.
İlkin istintaq zamanı toplanmış faktiki sübutlar əsasında Ermənistan polisinin Cinayət Axtarışı Baş İdarəsinin rəisinin birinci müavini H.T.-yə qarşı 18.04.2003-cü ildə qəbul edilmiş Cinayət Məcəlləsinin 38-309-cu maddəsinin 3-cü hissəsi (vəzifə səlahiyyətlərini aşmağa təhrik etmə) ilə ictimai cinayət təqibi başlanıb.
2026-cı il fevralın 25-də H.T. məhkəməyə təqdim olunması üçün saxlanılıb. İlkin istintaq davam etdirilir”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az