Kubanıçbek Ömüraliyev Xocalı faciəsi qurbanlarının xatirəsini anıb

2024/11/1731042995.jpg
Oxunub: 366     15:55     25 Fevral 2026    
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev Xocalı soyqırımının 34-cü ildönümünü ilə bağlı paylaşım edib.

Ordu.az xəbər verir ki, o, bu barədə "X" hesabında yazıb.

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş bu faciəvi cinayətin günahsız qurbanlarının xatirəsini dərin ehtiramla anırıq. Biz Azərbaycan hökuməti və xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edir, xalqın ağrı və kədərini bölüşdüyümüzü bildirir, davamlı birliyimizi bir daha təsdiqləyirik", - deyə Baş katib qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kubanıçbek-Ömüraliyev   Xocalı-faciəsi  


Bizi "telegram"da izləyin