Azərbaycan və Ukrayna Prezidentləri Rusiya ilə sülhü müzakirə ediblər

2026/02/1771084048.jpg
Oxunub: 348     19:38     14 Fevral 2026    
Ukrayna Prezidenti Volodimir Zelenski son enerji yardımı paketinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Ordu.az xəbər verir ki, bu barədə Zelenski İlham Əliyevlə Münxendə görüşdən sonra sosial mediada yazıb.

"Mən ona enerji sistemindəki ümumi vəziyyət və Rusiyanın enerji infrastrukturu obyektlərinə zərbələrinin nəticələri barədə məlumat verdim. Son enerji dəstəyi paketinə görə minnətdarlığımı bildirdim" - deyə Ukrayna prezidenti qeyd edib.

Zelenskinin sözlərinə görə, liderlər həmçinin ikitərəfli münasibətlərin inkişafı və enerji sektorunda birgə layihələrin həyata keçirilməsi məsələlərini də müzakirə ediblər.

"Biz həmçinin sülhə nail olmağa yönəlmiş danışıqlar prosesinə diqqət yetirdik (Rusiya-Ukrayna müharibəsində – red.) Ukrayna həmişə ləyaqətli sülhə nail olmağa kömək edə biləcək səyləri konstruktiv şəkildə dəstəkləyir", - deyə Zelenski qeyd edib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Zelenski  


Bizi "telegram"da izləyin