İlham Əliyev: Mərkəzi Asiya dövlətlərini yaddan çıxara bilmərik

2026/02/1771082869.jpg
Oxunub: 374     18:42     14 Fevral 2026    
Xəzər dənizinin digər sahilində yerləşən Mərkəzi Asiya dövlətlərini yaddan çıxara bilmərik.

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.

Prezident bildirib ki, onlar olmasa, Çindən hər hansı yük Avropaya gedə bilməz.

"Ona görə Çin, Azərbaycan, Mərkəzi Asiya, Xəzər dənizi, Gürcüstan, Türkiyə və daha sonra Avropa - bu coğrafiya belədir. Azərbaycan artıq fəal şəkildə Mərkəzi Asiya ölkələri ilə çalışır. Azərbaycan Mərkəzi Asiya Dövlətlərinin Məşvərət Şurasının üzvüdür. Bütün bunlar bağlantılara görədir", - o deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Münxen  


Bizi "telegram"da izləyin