Prezident: Azərbaycan Mərkəzi Asiyadakı tərəfdaşlarla Xəzər dənizinin dibi ilə çəkiləcək fiberoptik layihəsi üzrə işləyir

2026/02/1771081655.jpg
Oxunub: 319     18:11     14 Fevral 2026    
Azərbaycan Mərkəzi Asiyadakı tərəfdaşlarla Xəzər dənizinin dibi ilə çəkiləcək fiberoptik layihəsi üzrə işləyir.

Ordu.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda baş tutan panel müzakirəsində deyib.

Prezident qeyd edib ki, regional bağlantılar layihələri nəinki dəmiryolları, o cümlədən fiberoptik layihələrində özünü göstərir.

"Bu il bununla bağlı işlər aparılacaq. Yeni imkanlara nəzər salırıq. Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra Avropa istiqamətinə gedən dəhlizin də həmçinin böyük potensialı var".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Münxen  


Bizi "telegram"da izləyin