Marta Kos Cənubi Qafqazda sülh layihəsinə rəhbərlik etdiyinə görə Azərbaycan Prezidentinə təşəkkür edib

2025/09/1758199631.jpg
Oxunub: 321     18:17     14 Fevral 2026    
Cənubi Qafqazda Avropa İttifaqı (Aİ) tərəfindən əhəmiyyətli dəstək alan sülh layihəsinə rəhbərlik etdiyinizə görə Sizə təşəkkür edirəm, Prezident İlham Əliyev.

Ordu.az xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələsi üzrə komissarı Marta Kos Münxen Təhlükəsizlik Konfransında bildirib.

"Mən Prezident Əliyevə Avropa İttifaqı tərəfindən fəal şəkildə dəstəklənən sülh prosesindəki liderliyinə görə təşəkkür edirəm", - Kos bildirib.

O qeyd edib ki, Cənubi Qafqazda böyük dəyişikliklər baş verir və onlar sülh olmadan qeyri-mümkün olardı.

"Təsəvvür edin: sərhədlər bağlı idi, ticarət yox idi, keçidlər ya mövcud deyildi, ya da fəaliyyət göstərmirdi. İndi isə çox qısa müddət ərzində hər şey hərəkətə gəlməyə başlayır. Mən özüm Sloveniyadanam. Biz Birinci və İkinci Dünya müharibələrində münaqişələr yaşamışıq və qonşularla barışığa gəlmək üçün bizə 70 il lazım olub. Bəli, hələ hər şey tamamlanmayıb, amma proses gedir. Əsas məsələ hər iki tərəfdən siyasi iradədir. Məhz o, bir çox kanalları, o cümlədən Avropa ilə əməkdaşlıq kanallarını açıb", - Kos söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Qafqaz  


Bizi "telegram"da izləyin