Erməni ruhanilər Paşinyanın bəyanatlarını şərh etməyiblər

2026/02/Ekran-1771063810.jpg
Oxunub: 343     14:08     14 Fevral 2026    
Yüksək dərəcəli erməni din xadimləri Ermənistanın Baş naziri Nikol Paşinyanın son hədələyici açıqlamalarını şərh etmirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bu gün Üçmüədzin kilsəsində keçirilən ayindən sonra erməni jurnalistlər yepiskoplar Daniel və Vahandan münasibət öyrənməyə çalışsalar da, hər ikisi şərh vermədən tələsik uzaqlaşıb.

Qeyd edək ki, fevralın 16-19-da Avstriyada Yepiskoplar Məclisi keçiriləcək. Paşinyan ötən gün “sərt əks-təsir” barədə danışaraq bu toplantının baş tutmaması üçün hər şeyi edəcəklərinə işarə edib.

“Bu gün bayram günüdür, üç saat sülh üçün dua etmişəm”, - deyə erməni yepiskop Daniel bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kilsə  


Bizi "telegram"da izləyin