Simonyan müxalifətə xəbərdarlıq edib: “Sakit yerinizdə oturun, burnunuzu Ermənistanın işlərinə soxmayın”

2026/01/1768811339.jpg
Oxunub: 427     14:03     14 Fevral 2026    
“Samvel Karapetyan baş nazirliyə namizəd irəli sürülə bilməz, bu, növbəti saxta söhbətdir”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

O, həmçinin müxalifətə hədə-qorxu gəlib: “Qoy sakitcə yerlərində otursunlar, sakit otursunlar, kənardan adam gətirə bilməzlər. Ermənistan sizin mülkünüz deyil. 2018-ci ildən sonra elə bir xeyriyyəçi olmayıb ki, mənə və ya Baş nazirə nəsə borclu olduğumuzu desin, bir qəpik belə almamışıq. Sakit yerinizdə oturun, burnunuzu Ermənistanın işlərinə soxmayın, Ermənistanın sahibi var, o da xalqdır. Qoy gəlib Ermənistanda yaşasınlar, vergi ödəsinlər, oğullarını orduya xidmətə göndərsinlər”.

Simonyan Rusiya ilə münasibətlərə də toxunub: “Bizim onlarla müharibə aparmağa nə istəyimiz, nə də imkanımız var, olmayıb da. Amma özümüzü müdafiə etmək hüququmuz var, müstəqillimizi dişimizlə qoruyacağıq. 44 günlük müharibədən sonra “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “rəhbəri” deyirdi ki, siz Ermənistanı düşünün, Qarabağ ən təhlükəsiz yerdir. “Spasibo Rossii” deyirdilər”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin