Mirzoyanın müavini Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb

2026/02/1771063290.jpg
Oxunub: 323     14:00     14 Fevral 2026    
Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində dəyirmi masa təşkil olunur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, tədbir zamanı Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinin nümayəndələri görüş keçiriblər.

Qeyd edilib ki, fevralın 14-də keçirilən dəyirmi masa müzakirəsində Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan da iştirak edib.

Bildirilib ki, müzakirələr zamanı iştirakçılar 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində keçirilən sammitdə təsdiqlənmiş sülh gündəliyindən irəli gələn prosesləri, eləcə də qarşılıqlı anlaşma və etimadın möhkəmləndirilməsində vətəndaş cəmiyyətinin rolunu nəzərdən keçiriblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan  


Bizi "telegram"da izləyin