Ordu.az xəbər verir ki, bunu ictimai idarəetmə üzrə erməni mütəxəssis Hovhannes Avetisyan özünün “Facebook” səhifəsində yazıb.
“Nikolun fikrincə, İlham Əliyevin tələbi ilə Ermənistanın konstitusiyasını dəyişmək, ondan Müstəqillik Bəyannaməsinə istinad edən maddəni çıxarmaq, digər erməni dövlət atributlarını təhrif etmək (yaxın aylarda dərc edəcəklər, görəcəksiniz), mahiyyət etibarilə suveren dövlətin əsas sənədini sarsıtmaq Ermənistanı və bizim mövcudluğumuzu daha da güclü şəkildə legitimləşdirir.
Amma xalqın tələbi ilə (əgər çoxluq Karapetyanı seçərsə) konstitusiyanın bir maddəsinin dəyişdirilməsi Ermənistanın delegitimləşdirilməsi hesab olunur.
Deyəsən soruşmaq lazımdır: sən konstitusiyanın heç bir maddəsinin tələbini pozmadan və ya təhrif etmədən saxlamısan? Və bu adam delegitimləşdirmədən danışır”, - deyə Avetisyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az