Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
İnstitutun bəyanatına görə, mühazirə “Ermənistan və Cənubi Qafqazda yeni sülh arxitekturası” mövzusuna həsr olunacaq.
“Artıq iki ildən çoxdur ki, Ermənistan xarici siyasətində dəyişikliklər həyata keçirir. Şəraitin diktə etdiyi Rusiya ilə əvvəlki formal ittifaq tədricən Avropa İttifaqı və ABŞ ilə daha sıx əlaqələrlə balanslaşdırılır. Bundan əlavə, Qarabağ ətrafında üç onillikdən artıq davam edən münaqişədən sonra Ermənistan və Azərbaycan ABŞ-nin dəstəyi ilə sülh barədə bəyanat veriblər.
Yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacağı, sərhədlərin açılacağı, ticarətin bərpa ediləcəyi, ABŞ-nin dəstəyi ilə Tramp layihəsinə uyğun olaraq Ermənistan ərazisindən beynəlxalq sülh və rifaha aparan yolun açılacağı gözlənilir. Bu planların və Ermənistan hakimiyyətinin həyata keçirdiyi siyasətin gələcəyi cari ilin iyun ayında keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin nəticələrindən asılı olacaq. Baş nazir Nikol Paşinyan Ermənistanın qarşısında duran yuxarıda qeyd olunan çağırışları və imkanları təhlil edəcək və auditoriyanın suallarını cavablandırmağa hazır olacaq”, - deyə qarşıdakı mühazirənin təsvirində qeyd olunur.
Alpər Mövludoğlu
Ordu.az