Ordu.az xəbər verir ki, bu barədə “İşıqlı Ermənistan” partiyasının lideri Edmond Marukyan bildirib.
“Onu da deyə bilərəm ki, müəyyən mənada məyusluq yaradan məqam vitse-prezidentin “soyqırımı” (qondarma-red.) kompleksini ziyarət etdikdən sonra “X”də çox maraqlı, çox gözəl, çox düzgün və çox dəqiq paylaşım etməsi və daha sonra həmin paylaşımın silinməsi oldu. Bu addım ABŞ senatorları və konqresmenləri tərəfindən ciddi tənqid olundu. Azərbaycan səfərinə gəlincə, mən ABŞ ilə Azərbaycan arasında imzalanmış strateji əməkdaşlıq haqqında xartiyanı araşdırmışam. Həmin sənəddə çoxşaxəli və çoxsəviyyəli əməkdaşlıq nəzərdə tutulur. Orada Naxçıvanla maneəsiz əlaqədən bəhs edilir, lakin Ermənistanın suverenliyinə açıq vurğu edilmir. Bunu qiymətləndirmək və Ermənistanın nəsə güzəştə getdiyini demək çətindir. İndi təsəvvür edin ki, illər sonra ABŞ-nin siyasəti dəyişir, münasibətlər dəyişir və Azərbaycan artıq ABŞ ilə strateji əməkdaşlıq haqqında xartiyada qeyd əldə edir ki, ABŞ bunun belə həyata keçirilməsinə zəmanət verir”, - deyə Marukyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az