Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının deputatı Tiqran Abrahamyan sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, elə silah və hərbi texnika var ki, 10 və ya 20 il əvvəl təkcə konkret problemləri həll etmirdi, həm də müxtəlif əməliyyatlarda mühüm əhəmiyyət daşıyırdı, indi isə onun rolu demək olar ki, sıfıra enib.
“Eyni hal müdafiə quruculuğunda da keçərlidir, müxtəlif onilliklərin təhdidləri, Azərbaycanın imkan və qabiliyyətləri və sair nəzərə alınmalıdır.
Hələ onu demirəm ki, Ermənistan Silahlı Qüvvələrinin ən döyüşqabiliyyətli birləşməsi olan “müdafiə ordusu”nu (ləğv edilmiş qanunsuz “hərbi birləşmə”-red.) ləğv etmiş, hərbi texnika və silahların bir hissəsini Bakıya təhvil vermiş hakimiyyətin nümayəndələri bu gün vergi ödəyicilərinin vəsaiti və gələcək nəsillərin üzərinə qoyulan borc hesabına alınmış silahlar barədə danışır və cəmiyyətə onları ikinci dəfə “satmağa” çalışırlar”, - deyə Abrahamyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az