Overçuk: “Rusiya Ermənistanın dəmir yolu sahələrinin bərpası ilə bağlı danışıqlara başlayır”

2025/06/1751136534.jpg
Oxunub: 594     17:48     12 Fevral 2026    
“Ermənistanın müraciətinə əsasən Rusiya Azərbaycan və Türkiyə dəmir yolları ilə bağlantı yaradacaq iki dəmir yolu sahəsinin bərpası üzrə danışıqlara başlayır”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın Baş nazir müavini Aleksey Overçuk deyib.

“Erməni tərəfinin müraciətinə uyğun olaraq və Ermənistan xalqına qarşı dostluq və qardaşlıq hisslərindən çıxış edərək, Rusiya Federasiyası Ermənistanın iki dəmir yolu sahəsinin bərpası ilə bağlı məzmunlu danışıqlara başlamaq qərarına gəlib. Bu sahələr Arazdəyən şəhəri yaxınlığında Azərbaycan Respublikasının dəmir yolları, həmçinin Axuryan kəndi yaxınlığında Türkiyə Respublikasının dəmir yolları ilə əlaqə yaradacaq”, - deyə Overçuk jurnalistlərə bildirib.

O qeyd edib ki, bərpa olunacaq dəmir yolu sahələrinin ümumi uzunluğu təxminən 1,6 km və 12,4 km-dir. Danışıqlar zamanı layihənin həyata keçirilməsinin texniki, maliyyə və digər mexanizmləri müəyyən ediləcək.

“Erməni tərəfinin yenidən Rusiyaya müraciət etməklə rus təcrübəsinə, biliklərinə və texnologiyalarına göstərdiyi etimadı yüksək qiymətləndiririk”, - deyə Overçuk vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Ermənistan  


Bizi "telegram"da izləyin