Səfir: "Azərbaycan beynəlxalq forumların keçirilməsinə dair təcrübəsini bölüşməyə hazırdır"

2026/02/1770904156.jpg
Oxunub: 363     17:44     12 Fevral 2026    
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi beynəlxalq tədbirlərin keçirilməsində əhəmiyyətli təcrübəyə malikdir və öz təcrübələrini digər ölkələrlə bölüşməyə hazırdır.

Ordu.az xəbər verir ki, bunu Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) həsr olunmuş regional KİV üçün onlayn brifinq zamanı bildirib.

Səfir xatırladıb ki, cəmi iki il əvvəl Bakı COP29-u uğurla qəbul edib, bundan əvvəl isə ölkə Qoşulmama Hərəkatına sədrlik edib. O vurğulayıb ki, Azərbaycan postsovet məkanında Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edən ilk ölkə olacaq.

"Beynəlxalq tədbirlərin təşkilində böyük təcrübəmiz var. Müxtəlif məsələlər üzrə bilik və təcrübələrimizi bölüşməyə, həmçinin gündəlik həyata təsir edən problemlərə həll yolları axtaran iştirakçıları qəbul etməyə hazırıq", - E.Poluxov qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Misir  


Bizi "telegram"da izləyin