Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentinin növbəti iclasında, Televiziya və Radio Komissiyasının üzvü Hakob Hakobyanın vəzifədən azad edilməsi ilə bağlı qərar layihəsinin müzakirəsi zamanı hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan bildirib.
Onun sözlərinə görə, bu, faktlarla təsdiqlənib.
“Vaxtilə Daşnaksütun ölümü Poğos Poğosyana verdi, azadlığı özü üçün saxladı. Elə həmin Daşnaksütun oktyabrın 27-də ölümü başqalarına verdi, azadlığı özü üçün saxladı. 2008-ci ilin martın 1-də ölümü güllələnmiş on nəfərə verdi, azadlığı isə yenə özü üçün saxladı, çünki gedib həmin terror aktlarından faydalanan qüvvələrlə koalisiya qurdu”, - deyə erməni deputat bildirib.
O sual verib ki, suveren dövlət mövcud olduğu halda “Ölüm və ya azadlıq” şüarına nə üçün ehtiyac var?
Koncoryanın fikrincə, diktaturadan xilas olmaq istəyi zamanı bu şüar müəyyən mənada başa düşüləndir.
“Amma sən suveren dövlətə sahibsənsə, nədən azad olmaq istəyirsən və hələ də “Azadlıq və ya ölüm”ü öz şüarın hesab edirsən?” - deyə erməni fraksiya rəhbəri vurğulayıb.
Koncoryan məcazi mənada Daşnaksütunu “iPhone 15”ə quraşdırmaq istədikləri “Pentium 1” ilə müqayisə edib.
Alpər Mövludoğlu
Ordu.az