Ordu.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfiri Rövşən Sadıqbəyli "X" sosial şəbəkə hesabında yazıb.
Səfir qeyd edib ki, H.Əsədov, həmçinin Sloveniya parlamentin sədri Urşka Klakoçar-Zupançiç, Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Boyan Çebela ilə görüşüb.
Müzakirələr ikitərəfli siyasi və iqtisadi əlaqələr, regional məsələlər, Azərbaycan və Sloveniyanın coğrafiyalarında və ondan kənarda oynadıqları rol, eləcə də iki ölkə arasında əməkdaşlığın parlament səviyyəsində inkişafı barədə danışıqlar aparılıb.
Qeyd olunub ki, İkinci Dünya Müharibəsi zamanı böyük qəhrəmanlıq göstərmiş Mehdi Hüseynzadənin (Mixaylo) xatirəsi iki dost xalqı birləşdirən mühüm bağdır.
Ordu.az