Erməni yepiskopun həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub

2026/02/1770896249.jpg
Oxunub: 361     15:35     12 Fevral 2026    
“Az əvvəl Araqatsotn vilayətinin birinci instansiya ümumi yurisdiksiya məhkəməsi (hakim D. Dabağyan) həbs qətimkan tədbirinin ləğv edilməsi, alternativ tədbir kimi ev dustaqlığının tətbiqi barədə qərar qəbul edib və Mkrtiç Srbazan həbsdən azad olunub.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Ara Zöhrabyan bildirib.

Onun sözlərinə görə, Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyanın həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

“Bu gün Araqatsotn vilayətinin birinci instansiya ümumi yurisdiksiya məhkəməsi (hakim D. Dabağyan) Araqatsotn yeparxiyasının rəhbəri yepiskop Mkrtiç Proşyanın həbs qətimkan tədbirini ləğv etmək və alternativ tədbir kimi ev dustaqlığı tətbiq etmək barədə qərar qəbul edib”, - deyə Zöhrabyan yazıb.

Xatırladaq ki, erməni yepiskop Mkrtuç Proşyan qanuni yığıncaqlarda iştiraka mane olma və ya məcburetmə, eləcə də seçki hüququna mane olma maddələri ilə ittiham olunur. Mkrtiç Proşyan ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Proşyan   Ermənistan  


Bizi "telegram"da izləyin