Karapetyan “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi olacaq

2025/07/1752915288.jpg
Oxunub: 401     15:31     12 Fevral 2026    
“Samvel Karapetyan (erməni iş adamı-red.) “Güclü Ermənistan” Partiyasının baş nazirliyə namizədi olacaq”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində partiyanın rəsmi təqdimatı zamanı Ermənistanın “Bizim Tərzimizlə” hərəkatının koordinatoru Narek Karapetyan bildirib.

“Bu gün biz yeni alternativ, iqtisadiyyatda alternativ, təhlükəsizlikdə alternativ, güclü sülh naminə alternativ təqdim edirik. Ermənistan xalqının ümidləri üçün alternativ...

Partiyamızın baş nazirliyə namizədi Samvel Karapetyandır”, - deyə o qeyd edib.

Karapetyan həmçinin vəd edib ki, seçkilərdə qalib gələcəkləri təqdirdə, seçkilərdən 20 gün sonra Ermənistan parlamentində 2/3 səs çoxluğu ilə baş nazirin seçilməsi ilə bağlı konstitusiyanın 148-ci maddəsinə dəyişiklik edəcəklər.

O bildirib ki, bu dəyişiklik Ermənistanın istənilən vətəndaşına, o cümlədən Samvel Karapetyana baş nazir seçilməyə imkan verəcək.

Daha əvvəl bildirilmişdi ki, 2026-cı il fevralın 11-də Samvel Karapetyanın “Güclü Ermənistan” partiyasının qurultayı keçirilib, burada partiyanın yeni sədri və şurası seçilib.

Samvel Karapetyan yekdilliklə partiyanın sədri seçilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Ermənistan  


Bizi "telegram"da izləyin