Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
“Hazırda biz birlikdə stansiyanın istismar müddətinin növbəti dəfə, 2036-cı ilə qədər uzadılması istiqamətində işləyirik. Məsələ ondadır ki, bağışlayın, belə mövzularla zarafat etmirlər. Bunlar elə məsələlər deyil ki, bu gün səsləndirəsən, sabah onun üçün pul yığmağa başlayasan, birisi gün hansısa əsas qoyasan, sonra isə sadəcə taleyin ümidinə buraxasan, necə ki, bunu ABŞ-də 2024-cü ildə ediblər. Bu, enerji təhlükəsizliyi məsələsidir. Başa düşürsünüzmü, əgər iqlim şəraiti elə olsaydı ki, isitmə tələb olunmasaydı və ya alternativ enerji mənbələri yetərli olsaydı, bəlkə də buna lazımi diqqət və məsuliyyət olmadan yanaşmaq mümkün idi. Amma biz bilirik yardım nə deməkdir, o cümlədən humanitar yardımın nə olduğunu bilirik, insanların ehtiyac duyduğu isti geyimlərin tədarükünün nə demək olduğunu bilirik, elementar şərait əldə edə bilməyən ailələrə köməyin nə demək olduğunu bilirik. Axı biz də bütün bunları yaşamışıq”, - deyə o qeyd edib.
Rusiya XİN nümayəndəsi vurğulayıb ki, Rusiya dünyada kiçik güclü atom elektrik stansiyalarından istifadə edən yeganə dövlətdir və tərəfdaşlarına bütün sahələr üzrə sınaqdan çıxmış həllər təklif edir. “Belə məsələlərlə uzaqdan maraqlanmaq istəyi var. Söhbət bizim ümumi regiondan gedir. Söhbət enerji təhlükəsizliyindən gedir və bilirsiniz ki, bu sahədə sadəcə xətt çəkib “bu, heç vaxt regionun maraqlarına toxunmayacaq” demək olmaz”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az