“Biz məhsul siyahılarını özəl sektora göndərmişik. Biz öz özəl sektorumuza təqdim etmişik, onlar da öz tərəflərinin özəl sektoruna veriblər”.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bu gün hökumətin iclasından sonra jurnalistlərlə söhbətində Azərbaycanla hansı məhsulların Ermənistandan qəbul ediləcəyi ilə bağlı razılaşmanın əldə olunub-olunmaması sualına cavab verərkən bildirib.
“Eyni məntiqlə bizim özəl sektorun digər hissəsi hələ də araşdırır, müzakirə edir. Bu məsələ ilə bağlı əlavə nəsə deyə bilmərəm”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Papoyan
Ermənistan