Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Cənab Mirzoyan, həmin səfirliklərlə işləmək lazımdır ki, bu cür ətalətlə artıq davam etməsinlər”, - deyə Paşinyan xarici işlər nazirinə müraciətlə qeyd edib.
O, Ermənistana turizm axınının artmasına töhfə verən bir neçə amili də sadalayıb.
Paşinyanın sözlərinə görə, mühüm amillərdən biri iqtisadi inkişafdır, digər tərəfdən isə Ermənistanın təhlükəsiz ölkə kimi qiymətləndirilməsidir.
Ermənistanın Baş naziri bildirib ki, müxtəlif reytinq cədvəllərində Ermənistan daxili təhlükəsizlik və cinayətkarlıq baxımından təhlükəsiz ölkə kimi göstərilir.
“2025-ci ildə biz cinayətkarlığın müəyyən azalmasını müşahidə etmişik və hesab edirəm ki, bunlar da turizm axınının artmasına əlavə təsir göstərən amillərdir”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az