“Niyə müqaviləli hərbi qulluqçuların bir qrupu fəxri ödəniş almalıdır, digərləri isə yox?” - Abrahamyan

2025/12/1766041482.jpg
Oxunub: 300     15:13     12 Fevral 2026    
“Bir neçə il əvvəl bu layihə qəbul ediləndə, hələ o vaxt qoşunlarda, xüsusilə də müqaviləli heyət arasında çoxsaylı suallar var idi”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Şərəfim Var” fraksiyasının katibi Tiqran Abrahamyan bildirib.

“Onların bir hissəsi obyektiv, digəri isə subyektiv və emosional idi. Lakin insanlar soruşurdular ki, necə olur, müqaviləli şəxslərin bir qrupu üçün fəxri ödəniş nəzərdə tutulur, yəni 5 illik xidmətdən sonra cari əməkhaqqına əlavə olaraq 5 milyon dram məbləğində ödəniş verilir, amma adi, ənənəvi qrup üçün belə imkan yoxdur?”, - deyə o qeyd edib.

Abrahamyan vurğulayıb ki, həmin vaxt onlar layihəni dəstəkləyiblər, çünki yeni institutun tətbiq olunduğunu və bunun vacib olduğunu anlayıblar.

“Xüsusilə də ona görə ki, bunun təcrübəsi hələ 2017-ci ildə tətbiq edilən və sonradan dəyişdirilən “Mənəm” proqramı ilə mövcud idi.

Lakin indi, bunun növbəti mərhələsindən danışarkən, yəni 5 il tamam olduqdan sonra daha 5 və ya 2 illik müqavilə bağlanması məsələsində, eyni qrupda çox obyektiv suallar yaranır. Necə olur ki, ənənəvi müqaviləli xidmətə müraciət edən şəxs məcburi həqiqi hərbi xidməti başa vurduqdan sonra 3 illik müqavilə bağlayır, sonradan onu bir, iki, üç dəfə uzadır və bu, heç bir fəxri ödəniş nəzərdə tutmur?

Qeyri-bərabər şərtlər yaradılır. Əslində ədalətsizlikdir ki, biz müqaviləli xidmətin bir növünü təşviq edirik, mən bunu vacib hesab edirəm, amma digər növ üzrə, illərlə müqaviləsini uzadan şəxslər üçün belə bir imkan nəzərdə tutulmur”, - deyə erməni deputat qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Abrahamyan   Ermənistan  


Bizi "telegram"da izləyin