Erməni ekspert: “İrana qarşı müharibə başlasa, bunun Ermənistan üçün faciəvi nəticələri olacaq”

2026/02/1770879351.jpg
Oxunub: 462     16:13     12 Fevral 2026    
“ABŞ vitse-prezidenti Cey Di Vensin regional səfəri böyük ölçüdə TRIPP (Zəngəzur dəhlizi-red.) layihəsi ilə bağlı idi və TRIPP sadəcə yol deyil, türklərin əsrlər boyu açmağa çalışdıqları məhz bir dəhliz nəzərdə tutur”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Mher Abrahamyan deyib.

Onun qiymətləndirməsinə görə, Vensin İrəvan-Bakı səfərlərinin əsas mövzusu məhz TRIPP-in müzakirəsi olub.

Abrahamyan, həmçinin qeyd edib ki, Vens İrəvanda qarşıdan gələn seçkilərdə “bu oğlana” açıq dəstək ifadə edib.

Onun qiymətləndirməsinə görə, fevralın 10-da Bakıda İlham Əliyevlə görüş zamanı Vens bəyan edib ki, Trampdan başqa həm Ərdoğan, həm də Netanyahu ilə yaxşı münasibətləri olan yeganə prezident İlham Əliyevdir.

O vurğulayıb ki, əgər İrana qarşı müharibə başlasa, bunun bütün region və xüsusilə də Ermənistan üçün faciəvi nəticələri olacaq.

“İran ətrafında ümumi vəziyyət hələ də kifayət qədər gərgindir, lakin müxtəlif yüksək vəzifəli şəxslərin çıxışlarından anladığım qədərilə proses hələ də danışıqlar mərhələsindədir. Bu yaxınlarda Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirdi ki, ABŞ-İran danışıqları başladığı üçün vəziyyət münasibətlərin yaxşılaşmasına doğru gedir və ümid verir ki, proses hərbi yox, sülh yolu ilə həll olunacaq. Bundan əlavə, İran da yaxın vaxtlarda bəyan etdi ki, uranın zənginləşdirilməsini azaltmağa hazırdır və bunun müqabilində ABŞ-dən bəzi sanksiyaların ləğvini istəyir. Beləliklə, tərəflər hələ də danışıqlar mərhələsindədir və xüsusilə də ABŞ regionda vəziyyəti gərginləşdirmək istəmir. Qısa bir sınaq cəhdi oldu və düşünürəm ki, bu danışıqlar həmin cəhdin nəticəsidir. Bu danışıqların gələcəkdə nə verəcəyini, razılıq əldə olunub-olunmayacağını proqnozlaşdırmaq hələlik çətindir. Amma əgər müharibə başlasa, bu, region və xüsusilə Ermənistan üçün çox faciəvi olacaq”, - deyə Abrahamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin