“Past”: Paşinyan-kilsə qarşıdurması yeni mərhələyə daxil olur

2026/02/1770877402.jpg
Oxunub: 382     13:42     12 Fevral 2026    
Paşinyan-kilsə qarşıdurması yeni mərhələyə daxil olur və görünür, Erməni Apostol Kilsəsi anlayıb ki, Paşinyan və onun komandası ilə yumşaq münasibətlər dövrü başa çatıb, buna görə də daha sərt müqavimət xəttinə keçmək qərarına gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, bütün ermənilərin katolikosu II Qaregin ötən gün bayram münasibətilə keçirilən təltif mərasimindən sonra yaydığı müraciətində açıq şəkildə bildirib ki, Ermənistanın Baş nazirinin başlatdığı anti-kilsə kampaniyası artıq açıq xarakter alıb, kilsənin missiyasına mane olur və XALQIN mənəvi-kilsə həyatına ciddi zərər vurur.

“Bu gün xalqımız son dərəcə ciddi problemlərlə üz-üzədir, müxtəlif təzyiqlərə məruz qalır və kilsəmiz hücumlarla qarşılaşır. Məhkəmə instansiyalarında, Ermənistan konstitusiyasının və qanunlarının açıq şəkildə pozulması ilə, qanunsuz və ədalətsiz addımlarla hakimiyyət dövlət rıçaqlarından sui-istifadə edərək kilsədaxili həyata müdaxilə edir. Diakonlardan yepiskoplara qədər ruhani şəxslər təqiblərə və təzyiqlərə məruz qalır”, - deyə erməni katolikos vurğulayıb.

Onun sözlərinə görə, son aylarda Ermənistan hakimiyyətinin kilsəni və din xadimlərini hədəfə alması və təqiblər milli və kilsə həyatını pozub. Erməni katolikos qeyd edib ki, yaranmış vəziyyət icmaların həyatında mənfi nəticələr və gərginlik yaradıb, təəssüf ki, bəzi din xadimlərinin qəbuledilməz davranışları da buna şərait yaradıb.

“Daha əvvəl isə erməni patriarx təsdiqləyib ki, fevralın 16-19-da Yepiskoplar Məclisi Avstriyanın Sankt Pölten şəhərində keçiriləcək və kilsənin planları dəyişməyib. Hakimiyyət Ali Ruhani Şuranın altı yepiskop və arxiyepiskop üzvünün ölkədən çıxışına qadağa qoyub. Üçmüədzindən bildirilib ki, din xadimləri iclasda distant formatda iştirak edəcək və bu cür iştirak qərarların hüquqi qüvvəsi və onların mübahisələndirilməsi baxımından problem yaratmayacaq. İndi isə hakimiyyət iclası pozmaq üçün yeni üsullar axtarmalı olacaq”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Kilsə  


Bizi "telegram"da izləyin