Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Videoya əlavə olaraq Paşinyan belə yazıb: “Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə görüş”.
Ermənistan KİV-ləri qeyd edir ki, danışıqlarda həmçinin Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, parlamentin sədr müavini Ruben Rubinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak edirlər.
Daha əvvəl Ermənistan KİV-ləri bildirmişdi ki, Paşinyan arvadı Anna Hakopyanla birlikdə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
Bu gün Paşinyan Əbu-Dabidə “Zayed” insan qardaşlığı üzrə 2026-cı il mükafatlandırma mərasimində iştirak edəcək.
Alpər Mövludoğlu
Ordu.az