Paşinyan Avropa Siyasi Birliyinin səkkizinci zirvə toplantısına xüsusi təntənə ilə hazırlaşmaq qərarına gəlib

2026/01/1769577928.jpg
Oxunub: 388     09:32     28 Yanvar 2026    
Məlumdur ki, bu il Avropa Siyasi Birliyinin səkkizinci zirvə toplantısı may ayında Ermənistanda keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Ekspertlərin qiymətləndirməsinə görə, bu tədbir ümumölkə seçkiləri ərəfəsində Paşinyan hakimiyyətinə növbəti dəstək olacaq, onun kəskin şəkildə enmiş reytinqini yüksəltməyə xidmət edəcək. Bununla da erməni ictimaiyyətində Avropanın dəstəyi və Rusiyanın “müstəmləkəçiliyi”ndən azad olunma görüntüsü yaratmağa çalışacaqlar”, - deyə nəşr qeyd edib.

KİV bildirib ki, hakimiyyət isə görünür, bu tədbirə xüsusi təntənə ilə hazırlaşmaq qərarına gəlib.

“Hətta zirvə toplantısının keçiriləcəyi mayın 4-ü tarixini bu il qeyri-iş günü elan ediblər və onu aprelin 18-nə köçürüblər ki, vətəndaşların diqqətini bu “son dərəcə mühüm” tədbirə daha çox yönəltsinlər.

Rəsmi əsaslandırma ondan ibarətdir ki, həmin gün 50 yüksək səviyyəli nümayəndə heyətinin qəbulu planlaşdırılır və İrəvan şəhərində nəqliyyatın hərəkətini səmərəli təşkil etmək məqsədilə mayın 4-ü olan iş gününün başqa tarixə keçirilməsinə ehtiyac yaranıb”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Tədbir  


Bizi "telegram"da izləyin