Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Almaniyadakı səfirliyi məlumat yayıb.
Məlumata görə, Ermənistan səfiri çıxışında Almaniya hökumətinə və şəxsən Almaniyanın federal xarici işlər naziri Yohan Vadefula təşəkkür edib.
“O, əvvəllər Bundestaqın Almaniya-Cənubi Qafqaz dostluq qrupunun sədri olmuş Vadefulun əvvəlki dövrdə göstərdiyi konstruktiv fəaliyyət və dəstəyini xüsusilə qeyd edib.
Tədbirdə onlarla ekspert, deputat və media nümayəndəsi iştirak edib. Müzakirə Münhen Maksimilian Universiteti və Aaxen Universitetinin “Beynəlxalq əməkdaşlıq, texnoloji diplomatiya və kommunikasiya institutu” tərəfindən təşkil olunub”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az