Ermənistan XİN rəhbəri Avropa Şurasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri ilə görüşüb

2026/01/1769520380.jpg
Oxunub: 397     17:24     27 Yanvar 2026    
Yanvarın 27-də Strasburqda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa Şurasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri Mattias Qiyomar ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Ermənistanla İnsan Hüquqları üzrə Avropa Məhkəməsi arasında qarşılıqlı fəaliyyət, hüququn aliliyinin təmin edilməsi, müstəqil ədalət mühakiməsinin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

“Qarşılıqlı olaraq Məhkəmə ilə müxtəlif səviyyələrdə aktiv əməkdaşlıqdan məmnunluq ifadə edilib. Ararat Mirzoyan və Mattias Qiyomar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icrası məsələlərinə də toxunublar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mirzoyan  


Bizi "telegram"da izləyin