Qurumdan
Ordu.az-a verilən məlumatda bildirilib ki, mərhum səhhətində yaranan kəskin problemlə əlaqədar cari il yanvarın 14-də Malayziyada xəstəxanaya yerləşdirilib, yanvarın 18-də isə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.
Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və yanvarın 25-də vəfat edib.
Vurğulanıb ki, ANAMA-nın əməkdaşları bir neçə gün öncə məsələ ilə bağlı Malayziyaya ezam olunublar. Hazırda Orxan Məhərrəmovun nəşinin ölkəyə gətirilməsi üçün Azərbaycanın Malayziyadakı səfirliyinin dəstəyi və beynəlxalq təlimin təşkilatçıları ilə koordinasiya etməklə müvafiq tədbirlər həyata keçirilir.
Ordu.az