Fransadan Ukraynaya yeni OSKAR kamikadze PUA-lar

2025/06/1751112041.jpg
Oxunub: 432     17:28     28 İyun 2025    
Ukrayna ordusu Fransa tərəfindən yeni MV-25 OSKAR kamikadze Pilotsuz Uçuş Aparatlarını (PUA) təhvil alıb.

Ordu.az “Oboronka”ya istinadən xəbər verir ki, bu sistem “KNDS France” şirkəti tərəfindən DELAIR və “EOS Technologie” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

Verilən məlumatlara əsasən, bu sistem MATARIS PUA ailəsinin bir hissəsidir və hal-hazırda Ukrayna Silahlı Qüvvələri tərəfindən əməliyyat sınaqları üçün istifadə olunur.

MV-25 OSKAR piyada və yüngül zirehli hədəflərə qarşı hücumlar üçün hazırlanıb və 550 qramlıq qəlpəli döyüş başlığı ilə təchiz olunub. PUA 25 kilometrə qədər məsafədə fəaliyyət göstərə və 45 dəqiqəyə qədər havada qala bilir.

Hesabata əsasən, ilk sahə sınaqları 2024-cü ilin iyun ayında keçirilib və Ukrayna qüvvələrinin ilkin rəyləri müsbət olub. Sistem kompakt quruluşa malikdir və asanlıqla yerləşdirilə bilər, uçuş üçün xüsusi zolağa və ya buraxılış qurğusuna ehtiyac yoxdur. Aşağı radar görünüşü, şifrələnmiş və radioelektron müdaxiləyə davamlı rabitə kanalı sayəsində GPS siqnalı olmasa belə sabit uçuşlar mümkündür.

MV-25 OSKAR-ın istifadəyə verilməsi Ukraynanın Rusiya ordusunun quru və hava təhdidlərinə qarşı Qərb mənşəli pilotsuz sistemləri nə qədər sürətlə inteqrasiya etdiyinin daha bir göstəricisidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Ukrayna   OSKAR  


Bizi "telegram"da izləyin