Ordu.az xəbər verir ki, bu barədə TASS yerli administrasiya və təhlükəsizlik xidməti nümayəndələrinə istinadən məlumat yayıb.
Daha əvvəl hadisə nəticəsində 13 nəfərin həlak olduğu bildirilmişdi.
Məlumata görə, xəsarət alanlar arasında 6 uşaq da var.
***
Pakistanın şimal-qərbində intiharçı-terrorçunun hücumu nəticəsində 13 hərbi qulluqçu həlak olub.
Ordu.az bu barədə AFP agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, intiharçı-terrorçu partlayıcı yüklənmiş avtomobili hərbi kolonun üzərinə sürüb.
Terror aktı nəticəsində daha 10 hərbçinin və 19 dinc sakinin yaralandığı bildirilir.
Partlayış zamanı iki evin damı çöküb, bu da altı uşağın xəsarət almasına gətirib çıxarıb.
Ordu.az