İranda İsraillə münaqişədə ölən hərbi rəhbərlərin dəfn mərasimi başlayıb

2025/06/1750833507.jpg
Oxunub: 385     09:28     28 İyun 2025    
İranda İsraillə 12 günlük münaqişə zamanı həlak olanlar üçün dəfn mərasimi başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” İran KİV-ə istinadən məlumat yayıb.

Bildirilib ki, mərasim təxminən 60 həlak olan şəxsə həsr ediləcək. Onların arasında ali hərbi rəhbərlik, həmçinin nüvə alimləri də var.

Qeyd edək ki, iyunun 13-də gecə saatlarında İsrail İrana qarşı "Yüksələn Şir" ("Rising Lion") əməliyyatını həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri (HHQ) xüsusilə İranın hərbi və nüvə obyektlərinə zərbələr endirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Dəfn-mərasimi  


Bizi "telegram"da izləyin