Rusiyada təyyarələr hava limanında toqquşub

2025/06/1751045819.jpg
Oxunub: 409     21:32     27 İyun 2025    
Rusiyanın cənubunda, Soçi hava limanında iki təyyarə uçuş-enmə zolağında toqquşub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Cənub Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Məlumata görə, Tümenə uçan təyyarə Norilskdən gələn təyyarə ilə uçuş-enmə zolağında toqquşub. Sərnişinlər, ekipaj üzvləri və xidmət personal xəsarət almayıb.

Aviasiya qəzası ilə bağlı Soçi Nəqliyyat Prokurorluğu araşdırma aparır. Heyət uçuş təhlükəsizliyi qanunvericiliyinə əməl edilib-edilmədiyini qiymətləndirəcək.

İdarənin təqdim etdiyi fotoşəkillərdən görünür ki, toqquşma nəticəsində təyyarənin qanadının bir hissəsi qoparaq digərinin stabilizatorunda ilişib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Təyyarə  


Bizi "telegram"da izləyin